8 yaşlı Şölənin atası prokurorluğa dəvət olundu

21.10.2017 19:36     Sosreaksiya     1741

Xəbər verdiyimiz kimi, 17 oktyabr 2017-ci il tarixində Akademik M.A.Topçubaşov  adına Elmi-Cərrahiyə Mərkəzinində həkim səriştəsizliyi ucbatından dünyasını dəyişən 8 yaşlı Şölənin ölümü ilə bağlı ailəsinin iddiasına əsasən Yasamal rayon prokurorluğunda cinayət işi qaldırılıb.

Bu gün Şölə Kərimovanın atası Sübhan Kərimov  prokurorluğa çağırılıb və  ondan izahat alınıb.

Kərimovun Reaksiya.az-ın əməkdaşına verdiyi məlumata əsasən o, prokurorluq nümayəndəsinin suallarını cavablandırıb. Kərimov bildirib ki,  Azərbaycan dövlətinin  qanunlarına,  Şölənin ölümündə günahkar olanların cəzalandırılacağına inanır.

Qeyd edək ki, böyrək çatışmamazlığından əziyyət çəkən 8 yaşlı Kərimova Şölə Sübhan qızı katater qoyulması üçün əməliyyat aparıması öncəsi anestezloqun verdiyi narkozdan sonra həyatını itirib.

Hadisə ilk gündən diqqətimizdədir. Prosesin gedişatı haqqında  əlavə məlumat veriləcək.

Reaksiya.az

Şərhlər