Bacısını qəbiristanlıqda öldürən şəxs: "Cəzalandırmaq istəyirdim"

30.10.2017 13:45     Sosreaksiya     1578

Bacısını cəzalandırmaq üçün qəbiristanlığa aparıb, orada bıçaqlayan şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama görə, O.Hüseynov bacısını cəzalandırmaq üçün onu qətlə yetirib.

O.Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, bacısını cəzalandırmaq istədiyini söyləyib. Təqsirləndirilən O.Hüseynov növbəti məhkəmə iclasında geniş ifadə verəcək.

Növbəti məhkəmə iclası noyabrın 20-nə təyin edilib.

Hadisə bu il Binəqədi rayonu ərazisində baş verib. O.Hüseynov bacısı Elnurə Hüseynovanı Binəqədi rayonu ərazisində yerləşən qəbirstanlığa apararaq, onu bıçaqlayıb.

O.Hüseynov bacısına bıçaqla bir neçə ağır zərbə endirdikdən sonra onun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb. Daha sonra həmin ərazidə olan şəxslər E.Hüseynovanı xəstəxanaya çatdırıblar və həkimlərin ciddi səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar