Bakıda dəhşətli hadisə: ölənlər və xeyli yaralı var

07.11.2017 11:46     Sosreaksiya     1762

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Qala-Pirallahı yolunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes” markalı, 99 GX 886 dövlət nömrə nişanlı avtomobil ilə Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2106” markalı, 10 GR 258 nömrəli maşın toqquşub.
 
Nəticədə "VAZ-2107”də olan sərnişinlərdən 52 yaşlı Babaxan Fətullayev ilə 5 yaşlı Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Daha 5 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü azyaşlıdır.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Şərhlər