Bakıda tanışını döyərək öldürən şəxs: "Onu bir neçə dəfə döydüm, yenə də evimdən çıxmadı"

23.11.2017 11:58     Sosreaksiya     2145

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Malik Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Reaksiya.az reporta istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

M.Həsənov elan olunmuş ittiham üzrə özününü təqsirli bilmədiyini deyib.

O, hadisədən əvvəl "102"yə xəbər verdiyini söyləyib: "Zakir səfil həyat sürürdü. Bir-iki dəfə onu küçədə görəndə salamlaşdıq, sonra dostlaşdıq, evimə gəlib-gedirdi. Hadisə günü bizdə çimdik, ona paltar verdim. Daha sonra içdik. O, yatanda yatağı batırdı. Ondan niyə belə etdiyini soruşdum. Zakirlə aramızda mübahisə düşdü. Onu evdən qovdum, getmədi. Polisə xəbər verdim. Zakiri sonra da döydüm, yenə də evimdən çıxmadı. Hadisədən sonra polisə gedib, bu barədə məlumat verdim. Evə qayıdanda o, sağ idi".

M.Həsənov ifadəsində qeyd edib ki, 2013-cü ildən xəstədir: "Ustayam. Novxanıda yıxılmışam və həmin vaxtdan da xəstəyəm. Ailəm olub, 2007-ci ildə ayrılmışam".

Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyul ayında Nəsimi rayonunda baş verib. Rayonun İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvaninda 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb. Hər iki şəxs sərxoş vəziyyətdə olub. 

Hadisədən sonra M.Həsənov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar