Azərbaycanda şübhəli İran vətəndaşı saxlanıldı

Azərbaycanda şübhəli İran vətəndaşı saxlanıldı
Tarix: 08.12.2017 12:32
Oxunma sayı: 368
Paylaş:

Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikası vətəndaşının çantasına baxış keçirilib

Gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkarlanıb. Bu barədə Reaksiya.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Bildirilib ki, hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
 

Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikası vətəndaşının çantası rentgen aparatından keçirilərkən, çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o saxlanılıb. Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan şəxsi əşyaların arasındakı qabda, üzərində "APO 0.5" yazılmış çəhrayı rəngli 15 ədəd həb, üzərində "M 40" yazılmış qəhvəyi rəngli 8 ədəd həbvə ağ rəngli 4 ədəd həb aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən çəhrayı rəngli 15 ədəd həb təsir maddəsi alprazolam, qəhvəyi rəngli 8 ədəd həb təsir maddəsi metadon, ağ rəngli 4 ədəd həb isə təsir maddəsi sertralin (asentra) olan dərman preparatlarıdır.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və aşkar edilən 15 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edir.

Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir və aşkar edilən 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir. Sertralin (asentra) isə Azərbaycan Respublikasının ərazisində nəzarətdə olan maddələrin siyahısına daxil deyil.

Faktla bağlı araşdırma aparılır.


Reaksiya.az

Şərhlər