Şəmkirdə üç uşaq anası intihar edib

Şəmkir rayonunda üç uşaq anası intihar edib.

 Reaksiya.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Təzə Posanlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Aygün Həsən qızı Hüseynova yaşadığı evin çardağında özünü asaraq intihar edib.

Qeyd edək ki, üç azyaşlı uşağın anası olan A.Hüseynovanın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Reaksiya.az

Advertisement Banner

Şərhlər