15 gündə 100 kilodan çox narkotik maddə dövriyyədən çıxarılıb

16.01.2018 14:24     Sosreaksiya     1073

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 100 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 16 kiloqramdan çox heroin, 32 kiloqrama yaxın tiryək və 53 kiloqrama yaxın marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Həmçinin psixotrop tərkibli 2000 ədəd “Metadon” və 210 ədəd “Preqabalin” həb və kapsulaları da aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

Reaksiya.az

Şərhlər