Şamaxıda evə basqın edən dəstənin daha 2 üzvü yaxalandı

22.01.2018 12:26     Sosreaksiya     1281

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə yanvarın 19-da Məlhəm kəndindəki evlərdən birində ev sahibinə və onun arvadına qarşı quldurluq etmiş qrupun 2 üzvü də müəyyən edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qrup üzvləri Kənan Səfərov və İbrahim Mustafayev də saxlanılaraq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, yanvarın 19-da Şamaxı rayon Polis şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub. Dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girmiş üç maskalı şəxsin onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlamaları, döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparmaları müəyyən edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar