Qusarda mağazanı qarət edən şəxslər tutuldu

Qusarda mağazanı qarət edən şəxslər tutuldu
Tarix: 09.02.2018 11:51
Oxunma sayı: 842
Paylaş:

Qusar Rayon Polis Şöbəsinə Kuzunqışlaq kəndindəki mağazadan oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan musavat.com-a verilən məlumata görə, Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mağazadan 700 manat pul, 1ədəd “HP” markalı kompüter, 1 ədəd printer, 1 ədəd “Nokia” markalı mobil telefon, 91 qutu müxtəliv növ tütün məmulatı və ərzaq məhsullarının oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şühbəli bilinən 3 nəfər saxlanılıb. Baxış zamanı əvvəllər məhkum olmuşlar - Xacmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzağa Cəlilovun üzərindən metal linglər, qara maska və əlcək aşkar olunub.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb. Onların ötən ilin noyabr ayından cari ilin fevral ayınadək olan müddətdə Qusar, Quba, Şabran və Xaçmaz rayonlarında 13 mağazadan pul, danışıq kartları, müxtəliv növ tutun məmulatları və ərzaq məhsulları oğurladıqları müəyyən edilib.

Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Reaksiya.az

Şərhlər