Azərbaycan səhiyyəsinə itki üz verib

13.02.2018 18:02     Sosreaksiya     1554

Fevralın 13-də tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Sabir Mirzəyev 53 yaşında dünyasını dəyişib.

Musavat.com-un məlumatına görə, Sabir Mirzəyevin vəfat etməsinə qəfil ürək çatışmamazlığı səbəb olub. Səhər saatlarında ürəyində kəskin ağrılar yaranıb, təcilli tibbi yardım çağırılsa da onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.

Sabir Mirzəyev 1 saylı Şəhər Klinik Xəstəxanasında travmatoloq-cərrah, eyni zamanda Azərbaycan Tibb Universitetində dossent olaraq işləyirdi. Azərbaycanda tanınmış və təcrübəli travmatoloq-cərrahlardan biri idi.

Dünyanın çoxlu sayda ölkələrində elmi konfranslarda və qurultaylarda iştirak edib. Onun ölümü işlədiyi kollektivlərlə yanaşı, Azərbaycan səhiyyəsinə itki sayılır. Allah rəhmət eləsin.

 

Reaksiya.az

Şərhlər