FHN Tovuzdakı yanğınla bağlı məlumat yaydı

24.02.2018 12:33     Sosreaksiya     1080

Tovuz rayonunda ümumi sahəsi 320 kv.metr olan ikimərtəbəli 7 otaqlı yaşayış evinin 1 otağında çarpayı 4 kv.metr sahədə və digər otaqda divan qismən yanıb.

Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının qismən yanmış cəsədləri aşkar olunub. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Reaksiya.az

Şərhlər