Bakıda mənzildə qadın meyiti tapılıb

28.03.2018 13:18     Sosreaksiya     1034

Bakının Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

FHN-dən verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1961-ci il təvəllüdlü Batıyeva Aidə Aydın qızının meyitini aşkarlayıblar.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.(APA)

Reaksiya.az

 

Şərhlər