4 yaşlı uşaq göldə boğuldu

28.03.2018 14:54     Sosreaksiya     1055

Mingəçevir şəhərində 4 yaşlı uşaq göldə boğularaq ölüb.

Hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan uşağın həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanlılb. (report)

Reaksiya.az

Şərhlər