Mənzillərdən oğurluq edən şəxslər saxlanılıb

29.03.2018 12:12     Sosreaksiya     1223

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

 

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat və 63400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.  

 

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların  Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyənləşib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. 

 

Reaksiya.az

Şərhlər