Bakıda yaşayış binasında GÜCLÜ YANĞIN - FOTOLAR

29.03.2018 12:13     Sosreaksiya     1576

Yeni Yasamal 2 yaşayış massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində yanğın baş verib. Küləyin təsiri ilə yanğın güclənib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yanğının səbəbi hələki məlum deyil. Əlavə məlumat veriləcəkdir.​

Hadisə yerindən fotoları təqdim edirik:(bizimyol.info)

Reaksiya.az

Şərhlər