Sumqayıtda mənzildən meyit tapıldı

05.04.2018 13:24     Sosreaksiya     1593

Sumqayıtda mənzildə meyit aşkar olunub.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Məmmədzadə Zinaida Muxtar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Reaksiya.az

Şərhlər