Səməd bəy Mehmandarovun nəticəsinə qarşı dələduzluq edən şəxs azadlığa buraxılıb

09.04.2018 11:42     Sosreaksiya     1458

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zaur Əsgərov 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edillərək şərti cəza verilib. Z.Əsgərov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.

Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilsə də, məhkəməyə gəlmədiyi üçün axtarış verilib və həbs olunub.

Xatırladaq ki, zərərçəkən Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri, general Səməd bəy Mehmandarovun nəticəsidir.

Reaksiya.az

Şərhlər