Paytaxtda əcnəbi qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Paytaxtda əcnəbi qadına qarşı soyğunçuluq edən şəxs tutulub
Tarix: 13.04.2018 11:44
Oxunma sayı: 432
Paylaş:

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Reaksiya.az

Şərhlər