Bakıda “Jeep”lə vurulan qadın ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 3-də, saat 22:00 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüqar Ağayev idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Natella Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər