Valideynləri elçi getmədi, özünü bıçaqladı

Azərbaycanda valideynlərini elçiliyə göndərə bilməyən gənc özünü bıçaqlayıb.

Reaksiya.az Report-a istinadla xəbər verir ki, hadisə Bərdə rayonunun kəndlərindən birində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü N.C. intihar etmək məqsədilə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həyatı xilas edilib.

Araşdırma zamanı onun valideynlərinin sevdiyi qıza elçi getməməsi səbəbindən intihar etmək istədiyi məlum olub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər