Bakının mərkəzində binanın eyvanı uçdu

Bakının mərkəzində binanın eyvanı uçub.

Hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.

Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçub, eyvan yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır. (trend)

Reaksiya.az

Advertisement Banner

Şərhlər