Ağdamda 32 yaşlı kişi bıçaqlanıb

Ağdamda 32 yaşlı kişi bıçaqlanıb.

Hadisə rayonun köçkünlər üçün salınmış İmamqulubəyli qəsəbəsində baş verib. Qəsəbə sakini  Dadaşov Səxavət Süleyman oğlu münaqişə zəminində bıçaq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində cinayət işi açılıb.

S. Süleymanovun kim tərəfindən bıçaqlandığı araşdırılır. (APA)

Reaksiya.az

Advertisement Banner

Şərhlər