ƏSGƏROVUN BACANAĞINDAN MƏHKƏMƏDƏ ŞOK SÖZLƏR: "BALDIZIM..."

25.05.2018 13:13     Sosreaksiya     1282

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nazir müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, məhkəmə əlavə şahid qismində çağırılan "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin baş direktoru Rizvan Rzayev və Yol Təsərrüfatı İdarəsinin rəis müavini Üsaməddin Məlikovun dəvət edilsə də müəyyən səbəblərdən gəlməyiblər.

 
Mirzə Xankişiyev bildirib ki Üsaməddin Məlikov rayonların birində ezamiyyətdədir, Rizvan Rzayevlə isə əlaqə saxlamaq mümkün olmayıb.
 
Prosesdə şahid qismində Rahib Hüseynovun atası İsmayıl Hüseynov dindirilib.
O ifadəsində bildirib ki, hadisələr 2014-cü ildən başlayıb: "Bu iş "Bantontel"də araşdırıldı, xitam verildi. Sonra məmurların arasında anlaşılmazlıq oldu. Pul alanda məlum, verən də. Bacanağın Arif Əsgərovdur. Onun oğlu gəlib gedirdi. Oğlum onun işlərini görürdü. Özüm Tovuz-Qazax zonasında böyük fermer olmuşam. Sahibkarlıq etmişəm".
 
 
İsmayıl Hüseynov qeyd edib ki, oğlanlarını oyuna salıblar: "Guya deyirlər ki, oğlanlarımın pulları ilə hektarlarla torpaq almışam. Yalandır. Mən çox sonralar bilmişəm ki, oğlumun xeyli borcu var. Novxanıda qohumlarla bağda yığışıb danışdıq. Məlum oldu ki, bütün məsələ qara işlərdən gələn pullardır və oğluma aidiyyatı yoxdur".
 
Şahid qeyd edib ki, iş üzrə zərərçəkən Qoşqar Zeynalov onun evinə gəlib: "Dedi oğlun mənə borcludur. Dedim nə qədərdir? Gündə bir söz deyirdi, gah 1 milyon deyirdi, gah başqa məbləğlər. Mənə deyirdi dəftərləri çıxart ortaya. Həmin kitab 4-5 dənə idi. Rahib həbs olanda kitablar məndə idi. Qohumlar dedilər ki, kitabları Bakıya gətir. Gətirəndə yolda kitabı qaraladılar. Baldızım Arifin yoldaşı adını sildi kitabdan".
 
Oğlunun məhkəməsində dindirilən ata deyib ki, oğlu 2011-2013-cü illərdə bağ alıb: "Novxanıda torpaq aldı. Bir az mən də kömək elədim. Tikintisini özü etdirdi. "Varobski"ki evdə istə təmir olmayıb, tikilib qalıb. İndi mənim üstümə düşüblər, deyirlər ki, oğlunun pullarını sən ver. Amma həmin pulları yeyənlər başqalarıdır. Oğlumu Novxanıdakı evindən çıxartdılar ki, borclulara veriləcək. Rahib həbsdə olan zaman həyat yoldaşından boşatdılar, hər şeyini əlindən aldılar".
Rahib özü də bildirib ki, evi əlindən alınıb: "Çölə çıxanda soruşdum. Dedilər sən dələduzsan heç nəyin yoxdur. Nəyim vardı hər şeyim getdi".
Prokurorun suallarına cavab verən İsmayıl Hüseynov bildirib ki, oğlu Dəmiryol İdarəsində çalışıb: "Oğlumun maaşı 500-1000 manat arası idi. Lakin paket aldığını bilirdim. Bilirsiz, bütün qurumlara getmişəm. Hamı da oğlumu günahsız olduğunu deyir. Həmin pulları yeyən məlumdur. Oğluma görə o vaxt tez -tez danışırdım. Bütün pulları Rahibə əmanət edirdilər. Qara pullara baxırdı".
Məhkəmə prosesi mayın 29- da davam edəcək.
Qeyd edək ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Rahib Hüseynov da Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Rahib Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.
 
 
O, Cinayət Məcəlləsinin 178.3.2 -ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Arif Əsgərovun digər oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
 
Arif Əsgərov 2004-2015-ci illərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.
A.Əsgərovun oğlu "Liman Group” şirkətinin rəhbəri olub.
 

Şərhlər