"Facebbok"da bu telefonlarda işləməyəcək

21.03.2016 15:46     Sosreaksiya     1613

Ötən ay dünyanın ən məşhur ani mesaajlaşma sistemindən məhrum olan"BlackBerry"lər daha bir şok yaşayıb. ANS PRESS-in məlumatına görə, bu telefon sahiblərinə daha bir pis xəbər "Facebook"dan gəlib. Sosial şəbəkə çox yaxın zamanda "BlackBerry" dəftərini tamamilə qapadacaq. 

"Facebook" ötən ay verdiyi açıqlamada "Windows Phone 7.5, Symbian" və "BlackBerry" cihazlarda "WhatsApp"ın artıq çalaışmayacağını elan etmişdi. İndi isə "Facebook" özü də adıçəkilən modeldə çalışmayacağını bildirib. Müştərilərdən sosial şəbəkənin yenilənmiş variantını yükləmələri tələb ediləcək. 

Köhnə versiyanı saxlamaq istəyənər isə bu imkandan məhrum olacaqlar.

"Facebook" sosial şəbəkəsi
"Facebook" sosial şəbəkəsi

Bu ilin sonundan etibarən "WhatsApp" "BlackBerry", "Android" və "Nokia"nın bir sıra əməliyyat sistemlərində işləməyəcək.

ANS PRESS-in məlumatına görə, mesencer Google, Apple və Microsoft şirkətlərinin ən çox istifadə olunan platformalarına diqqət yetirəcək və daha əvvəllər buraxılmış versiyaları dəstəkləməyəcək. Bu sıraya "BlackBerry", "BlackBerry 10", "Nokia S40", "Nokia Symbian S60", Android 2.1, Android 2.2, "Windows Phone 7.1" əməliyyat sistemləri daxildir. Şirkətin məlumatında bildirilir ki, bu əməliyyat sistemləri artıq mesencerin bütün funksiyalarından istifadə etməyə imkan vermir.

Sistem 19 fevral 2014-ci il tarixində Facebook tərəfindən 19 milyard dollara satın alınıb.

 

Şərhlər

Çox oxunanlar