Yeni iPhone təqdim olundu - YENİLƏNİB - VİDEO

22.03.2016 00:58     Sosreaksiya     1561

"Apple" bu gün keçirdiyi tədbirdə yeni "iPhone SE" modelini təqdim edib.

Trend İnterfaks-a istinadən xəbər verir ki, yeni modelnin ekran böyüklüyü "iPhone 4"lə eyni ölçüdədir. 16 gb-lık modelin 399, 64 gb-lık model isə 499 dollardır.

Bu modellərdə əsas diqqət batareya xüsusiyyətlərinə yönəlib.

"iPhone SE" gözlənildiyi kimi "iPhone 5" i xatırlatsa da, ancaq xüsusiyyətləri "iPhone 6s"ə yaxındır. Yeni modelin 31 martda satışa çıxarılacağı deyilir.a

---------

22:22

Reaksiyasi.info bildirir ki, bu gün "Apple" şirkəti yeni "iPhone" telefonunu təqdim etdi.

----------

12:49

"Apple" şirkəti bu gün öz müştərilərini daha bir neçə yeniliyi ilə sevindirməyə hazırlaşır.

Reaksiyas.info Anspress-ə istinadən bildirir ki, Bakı vaxtı ilə saat 21:00-da Kaliforniyada şirkətin yeni məhsulunun təqdimatı olacaq. Əslində hansı məhsulların bu gün nümayiş ediləcəyi dəqiq deyil. Lakin ehtimallar var. Onlardan biri yeni "iPhone" olacaq.

İlk olaraq "Apple"sevərlər yeni smartfon gözləyirlər. Söhbət "iPhone 5SE"dən gedir. Hələlik telefon haqqında bir məlumat var. Onun ekran ölçüsü 4 düym olacaq. Bu da onu deməyə əsas verir ki, "Apple" yeni kiçik ölçülərə geri qayıdır.
Ehtimallara görə, telefon qızılı, gümüşü, boz və çəhrayı rənglərdə olacaq. Onun ən aşağı yaddaşlısının (16 gb) qiyməti isə 400 dollar civarında dəyişəcək. Qiymətinə və ölçüsünə baxmayaraq keyfiyyətli çəkilişinə görə, o heç də digərlərindən geri qalmayacaq. Belə ki, smartfonda  8 və ya 12 meqapiksellik kameranın olacağı gözlənilir.

Ehtimallar görə, sərfəli qiymət və kiçik ölçülər "Apple"i Çin və Hindistan bazarında daha rəqabətədözümlü hala gətirə bilər.

İkinci yenilik isə "iPad Air 3" ola bilər. Planşet bazarında ən yaxşı hesab edilən "iPad Air 2" nin təqdimatından artıq iki il ötür. Buna görə, də ekspertlər artıq yeniliyin təqdimatının vaxtını çatdığını düşünürlər.

"iPad Pro"dakı sistemin bir çoxunun olacağı yeni iPad-ın ekran ölçüsü 9,7 düym ola bilər.

Üçüncü ehtimal isə "Apple Watch 2"dir. Düzdür son dəfə saat bir il öncə təqdim edilib. Amma bazardakı sürətli inkişafı nəzərə alsaq "Apple"nin bu adda yeni məhsulunu da bu gündən etibarən satışa çıxara biləcəyini gözləmək olar.

Həm də "Apple"nin uzun müddətdir yeni saat üzərində çalışdığı heç kimə sirr deyil.

Şərhlər