Yeni çip “iPhone 8” smartfonunu məsafədən enerji ilə dolduracaq

04.02.2017 15:30     Sosreaksiya     1471

“Energous” və “Dialog Semiconductor” şirkətləri gələcək “iPhone 8” smartfonunda tətbiq ediləcək radiotezlik ötürücüsü funksiyasına malik “DA4100” çipini təqdim ediblər. Mikrosxem “WattUp” texnologiyasından istifadə edən məsafəli simsiz enerji doldurma sistemləri üçün nəzərdə tutulub.

AZƏRTAC “Macdigger” resursuna istinadən xəbər verir ki, “WattUp” texnologiyası enerjinin radiodalğalar vasitəsilə ötürülməsindən istifadə edərək “Wi-Fi” rabitəsinin işlədiyi eyni tezlik diapazonlarını tətbiq edir.

Məlumata görə, “Apple” şirkəti məsafəli simsiz enerji doldurma imkanının “iPhone 8” smartfonunda tətbiqini planlaşdırır. Onun vasitəsilə smartfonu 5 metrədək radiusda enerji ilə doldurmaq mümkün olacaq.

Digər məlumata görə, ABŞ istehsalçısı gələcək qurğular üçün simsiz enerji doldurma texnologiyası üzərində çalışır.

Reaksiya. az

Şərhlər