Yüz altmış geqabaytlıq film bir saniyədə yüklənəcək

10.02.2017 23:45     Sosreaksiya     1293

ABŞ-ın texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli “International Business Machines (IBM)” şirkəti tərəfindən internetdə məlumatın ötürülməsini 400 dəfə sürətləndirəcək mikroçip hazırlanıb. Bu mikroçip vasitəsilə 160 geqabaytlıq film bir saniyədə yüklənəcək. AZƏRTAC “IBM”in rəsmi qəzetinə istinadla xəbər verir ki, bu çip şirkətin İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən laboratoriyasında hazırlanıb. Yeni çip internetdə məlumatları genişzolaqlı şəbəkə üçün infrastrukturun yaradılması ilə məşğul olan “Google Fiber”dən 400 dəfə sürətlə ötürəcək.

Şərhlər