İntenet medianın məzmununu tənzimləmək mükmündürmü?

10.04.2017 15:50     Sosreaksiya     1609

Ələsgər Məmmədli: “Əslində intenet medianın məzmun tənzimləməsi KİV haqqında qanunla tənzimlənir”

Azərbaycanda ".az" ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyir ki, o qanun yeni layihə olmadığı üçün tək oxunuşda qəbul olunub: “Çünki əlavə dəyişikliklər bir dəfə qəbul olunur və o qanun qüvvəyə minəcək. Düşünürəm ki, o qanuna olan əlavələr qanunun məqsədi ilə uyğun gəlmir. Çünki o qanun texniki bir qanundur və orada məzmun tənzimləmə məsələləri gündəmə gəlir. Əslində isə intenet medianın məzmun tənzimləməsi KİV haqqında qanunla tənzimlənir”.

“Düşünürəm ki, yeni qəbul edilən dəyişikliklər Azərbaycanda internet azadlığına təhlükə yaradacaq məqamdır. Çünki burada müvafiq icra hakimiyyəti orqanı məhkəmə qərarı olmadan 8 saatdan sonra istədiyi resursu bağlaya biləcək. Halbuki, sizin nəyi düz yazıb-yazmadığınızı hələ heç kim bilmir. Bu dəyişikliklər gələcəkdə “.az” domeninin fəaliyyətinə yaxşı təsir göstərməyəcək” – deyə o, bildirib. 

Reaksiya.az

Şərhlər