“iOS 11” sisteminin beta sınaqları başa çatıb

29.06.2017 12:58     Sosreaksiya     1584

“iOS 11” əməliyyat sisteminin beta testinin başa çatmasına görə bundan sonra ondan sistemlə uyğunluq təşkil edən bütün “Apple” qurğu istifadəçiləri yararlana biləcək.

Reaksiya.az azərtaca istinadən xəbər verir ki, “Apple” şirkətinin yaydığı məlumata görə, “iPhone 5s”, “iPhone SE”, “iPhone 6” və “6 Plus”, “iPhone 6s” və “6s Plus”, “iPhone 7” və “7 Plus” smartfonlarının, eləcə də “iPad mini 3”, “iPad 4” (və mini 4), “iPad Air” və “Air 2”, “iPad Pro 9.7”, “iPad Pro 10.5”, “iPad Pro 12.9” (birinci və ikinci nəsil) planşetlərinin istifadəçiləri “iOS 11” sistemini yeniləyərək quraşdıra biləcək.

Bundan əvvəl “iOS 11” əməliyyat sisteminin beta versiyasından yalnız “Apple” platforması üçün tərtibatçı kimi qeydiyyatdan keçən şəxslər istifadə edə bilirdi. Sistemdə yer alan yeniliklər arasında, məsələn, təkmilləşdirilən “Siri” köməkçi funksiyasını (indi həmçinin mətnli komandaları dəstəkləyir), ekrandan video yazmaq imkanını, yeni quraşdırılmış fayl menecerini, portret rejimində dəyişiklikləri və s. qeyd etmək olar.

Həmçinin istifadəçi interfeysində ciddi dəyişikliklər baş verib. Belə ki, indi “3D Touch” funksiyası daha sıx dəstəklənir.

“iOS 11” əməliyyat sisteminin son versiyasının payızda buraxılacağı gözlənilir. O vaxtadək ABŞ istehsalçısı yay ərzində bir neçə test yeniləməsi təqdim etməyi nəzərdə tutur.

Reaksiya.az

Şərhlər