“Apple” qurğuların istehsalında biomateriallardan istifadə etməyi planlaşdırır

23.11.2017 21:05     Sosreaksiya     1675

Ətraf mühitin təmizliyi uğrunda mübarizədə “Apple” korporasiyası bir ilkə imza atmaq niyyətindədir. Belə ki, şirkət təbiətə ziyan vurmadan zamanla özüparçalanan “iPhone” və “MacBook” hazırlayacaq. Bunun üçün korporasiyanın rəhbərliyi qurğuların istehsalı zamanı biomateriallardan istifadə etməyi planlaşdırır.

Vistanews.ru saytı xəbər verir ki, mütəxəssislər gələcəkdə qurğularda yalnız özü parçalana bilən komponentlərdən istifadə etməyi hədəfləyirlər. Həmçinin qadcetlərin yaradılması üçün tullantıdan istifadə etmək təklif olunur. Onlar əsas problemi “Apple” cihazlarının akkumulyatorlarında istifadə olunan zəhərli materialların əvəz edilməsində görürlər.

Gələn il “Apple” şirkəti “iPhone X” smartfonunun üç variantını təqdim edəcək.

Reaksiya.az

 

 

 

Şərhlər

Çox oxunanlar