AZƏRBAYCANIN İLK ANTİVİRUS PROQRAMI HAZIRLANIR - I MƏRHƏLƏ BAŞA ÇATDI

04.01.2018 22:20     Sosreaksiya     2252

Xüsusi dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə Və İnformasiyaTəhlükəsizliyi Dövlət Agentliyi yanında Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) ilk antivirus proqramının hazırlanması üzrə işlərin birinci mərhələsini başa çatdırıb.

Reaksiya.az xəbər verir ki bu barədə trend-ə CERT-dən məlumat verilib.
 
Məlumatda qeyd olunur ki, proqram "Team Cymru" tərəfindən həyata keçirilən zərərli proqramlar bazası üzrə axtarış və digər funksiyalarla təmin olunub: "Layihə üzərində iş nəzərdə tutulduğundan daha çətin alındı. Artıq birinci mərhələ başa çatıb. Amma proqramın beta versiyasını təqdim etmək üçün bir qədər vaxt tələb olunacaq".
 
Qeyd edək ki, zərərli kompüter proqramlarının çoxfunksiyalı təhlili proqramı (Multifunctional Analysis Program - MAP) üzərində iş 2015-ci ildən başlayıb. Proqramın interfeysi 3 dildə - Azərbaycan, rus və ingilis dillərində olacaq. Antivirus proqramının yaradılması CERT-in prioritet planlarından biridir.
 


 

Reaksiya.az

Şərhlər