Smartfon həvəskarlarına çox pis xəbər...

15.01.2018 12:11     Sosreaksiya     1455

Bütün bunlar smartfonların qiymətinin sürətlə artmasına səbəb ola bilər

Smartfon, elektromobil və kompüterlərin kütləvi istehsalı təhlükədədir. Buna akkumulyatorların istehsalı zamanı istifadə edilən kobaltın qiymətinin kəskin artması səbəb ola bilər.

Ötən il bu metalın qiyməti 1 ton üçün 33,2 min dollardan 75 minə kimi qalxıb.

Bir smartfonun istehsalı zamanı 5-10 qram, noutbuk üçün 30 qram, elektromobilin batareyası üçün isə 5-20 kiloqram kobalt istifadə olunur.

Hazırda dünyada 6 milyon ton bəlli kobalt ehtiyatı var. Konqo Demokratik Respublikasında bu ehtiyatın yarıdan çoxu — 3,4 milyon tonu cəmləşib. Bundan əlavə, Avstraliyada 1 milyon ton, Kubada 500 min ton, Filippində 290 min ton, Kanada və Zambiyanın hər birində 270 min ton, Rusiyada 250 min ton kobalt mövcuddur. Ekspertlər bildirilər ki, hazırda dünyada mövcud olan bütün benzin avtomobilləri elektrik avtomobillərinə dəyişilsə, 14 milyon ton kobalt lazım olar. Bu isə dünyadakı kobalt ehtiyatından 2 dəfə çoxdur.

Konqoda iqtisadi və siyasi vəziyyətin qeyri-stabil olması vəziyyəti bir qədər də pisləşdirir.

Bütün bunlar smartfonların qiymətinin sürətlə artmasına səbəb ola bilər. Ekspertlər vəziyyətdən çıxış yolunu akkumulyatorlardakı kobaltı başqa metalla əvəz etməkdə görürlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar