“WhatsApp”, “Twitter” və “Facebook” yazışmaları izləniləcək

ABŞ “WhatsApp”, “Twitter”, “Facebook” və digər sosial şəbəkələr vasitəsilə istifadəçilərin bütün məlumatlarını, danışıqlarını qeydə alacaq.

İddiaya əsasən, ABŞ bununla bağlı Avropa, Şimali Amerika və Cənubi Amerika ölkələrinin hökumətləri ilə razılığa gəlib.
ABŞ-da informasiya saxlama qurğuları ilə bütün telefon zənglərinin və “WhatsApp” vasitəsilə mesajların və zənglərin qeydə alınacağı, “Twitter”in nəzarətdə saxlanılacağı bildirilib. Bu gündən etibarən “Facebook”dakı məlumatlara nəzarət ediləcəyi, xüsusi proqramlar vasitəsilə bütün media və sosial forumların izlənəcəyi deyilir.

ABŞ tərəfindən bu addımın atılmasının terrorla mübarizə məqsədi daşıdığı deyilsə də, insanların şəxsi məlumatlarına baxılması mübahisələrə səbəb olub.(azvision)
Advertisement Banner

Şərhlər