“Google”-un gizli araşdırması üzə çıxdı - insanların davranışları manipulyasiya ediləcək?

İngiltərənin prestijli qəzetlərindən sayılan “The Times” qəzeti “Google” şirkətinin “X” adlı gizli araşdırma qurumu tərəfindən 2016-cı ildə hazırlanan səkkiz dəqiqəlik bir videonun kənara sızdırıldığını bildirib.

Qəzetin məlumatına əsasən, “Google” insanların davranışlarını manipulasiya etmək və bütün canlıların xeyrinə olacaq nəticələr əldə etmək üçün fərdlər haqqında topladığı böyük məlumatlardan istifadə edib.

8 dəqiqəlik video çarxda “Google” əlindəki məlumatları “qeyd dəftəri” olaraq adlandırır və insanların hərəkətlərinin şirkətin faydasına uyğun bir formada təsir edə biləcəyini qeyd edir.

“Google” bir insan haqqında kifayət qədər məlumat sahibi olmadığı vəziyyətlərdə bu fərd haqqında məlumat əldə etmək üçün müxtəlif üsullara baş vurur.

Reaksiya.az

Advertisement Banner

Şərhlər