Xocalı faciəsi anbaan göstəriləcək - Yeni layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalı soyqırımı haqqında xarici dildə elektron portalın yaradılması” layihəsinin icrasına start verilib.

Kult.az xəbər verir ki, 4 ay davam edəcək layihə çərçivəsində Xocalı soyqırımı barədə əldə olan məlumatları ingilis və rusdilli oxuculara çatdırmaq üçün yeni elektron portal yaradılacaq. Elektron portal yaxın vaxtlarda oxucuların ixtiyarına veriləcək.

Xocalı soyqırımı ilə bağlı bu günə qədər çoxlu sayda kitablar, broşürlar nəşr olunsa da, araşdırmalar aparılsa da, faciə barədə bütün məlumatları özündə əks etdirən ingilis və rus dillərində internet resursu demək olar ki, yoxdur və yaxud da yenilənmir.

Yeni yaradılacaq saytda Xocalı soyqırımının şahidlərinin ifadələri, tarixi sənədlər əks olunacaq, faciənin xronologiyası təqdim ediləcək. Burada elektron resurslardan istifadə etməklə multimedia və infoqrafika yolu ilə faciənin baş verməsinin anbaan təsviri göstəriləcək.

Portalda həmçinin 1905, 1918-ci il hadisələri, 1948-53 və 1988-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyası faktları da ayrıca bölmə şəklində təqdim ediləcək. Layihə çərçivəsində animasiya çəkilərək ingilis dilində subtitrlə göstəriləcək.

Qeyd edək ki, saytın yaradılmasında əsas məqsəd Xocalı soyqırımı ilə bağlı tarixi məlumatları ümumi bir mənbədə toplamaq, elektron versiyaya çevirmək, müxtəlif dillərə tərcümə etməkdir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar