Papa Fransiskin iştirakı ilə Bakıdakı Katolik kilsəsində dua mərasimi keçirilir

02.10.2016 10:36     Sosreaksiya     1338

Bakıdakı Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə  dua mərasimi (messa) başlayıb.
 
 APA-nın məlumatına görə, mərasimdə Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri iştirak edir.  
 
Xatırladaq ki, Roma papasının Bakıya bir günlük səfər zamanı onun Azərbaycan prezidenti İlham Əliyev, hökumət, ictimaiyyət  və diplomatik korpus nümayəndələri ilə görüşü gözlənilir. O, Şəhidlər Xiyabanına ziyarət edəcək. Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsi rəisi Allahşükür Paşazadə ilə görüşdən sonra şeyx və ölkənin digər dini icmalarının nümayəndələri ilə dinlər arası görüş keçirəcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar