Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq?

12.12.2016 21:46     Sosreaksiya     2232

Çin təqvimi üzrə Yeni İl yanvarın 28-də gələcək və Xoruz işarəsi altında keçəcək. Tünd xasiyyətli Xoruz uca səslə gələn ilin parlaq və sürprizlərlə dolu olacağını xəbər verir. Şərqdə belə hesab edilir ki, Xoruz ili ümumilikdə hadisələri çətinləşdirməyən, öz yolu ilə gedən, öz firavanlığı uğrunda vicdanla çalışan, sözündə və əməlində sadiq olan bütün insanlar üçün əlverişli olacaq.

Bundan başqa gələn il od ünsürü altında təhvil olunur. Bu isə o deməkdir ki, öz həyatınızın qaranlıq tərəflərindən azad olub işıq saçmaq, uğura və çiçəklənməyə mane olan problemlərdən xilas olmaq üçün çoxlu şansımız var. Publika.az rusiyalı astroloqların zodiak illərinə görə, 12 ay üçün hazırladığı proqnozu təqdim edir. Siçovul\Siçan Bu il altında doğulanları bu il bir çox əlverişli hadisələr gözləyir və onlardan mütləq istifadə etmək lazımdır. O cümlədən ümid etmək olar ki, onlar nəzərəçarpacaq maliyyə uğurları ilə qarşılacaqlar. Öküz Öküz ilindən olanları çoxlu sürprizlər gözləyir. Baş verənlərin çoxu sizin üçün gözlənilməz ola bilər, lakin qətiyyən qorxmaq lazım deyil. Belə halların hər birində sehrli açar salınacaq, hansı ki sonda sizin üçün uğura yol açacaq. Pələng Pələng ilində doğulanlar həmişə dostlarının yardımına güvənə bilər. Problemlərdən çıxış yolu tapmaq və yaxşı dəstək almaq istəyirsinizsə, dərdlərinizi ilk növbədə sizə qarşı əsl sədaqət nümayiş edən şəxslərlə bölüşün. Əjdaha Əjdahalar Xoruz ilində özünü yüksəkdə hiss edə biləcəklər: Sizi ən müxtəlif sahələrdə çox güclü irəliləyiş, bir çox uğur vəd edən layihələr, eləcə də uzun illər sizin inkişaf və rifahınızı yaxşılaşdıra bilən işlər, xoş xəbərlər və ən nəhayət firavanlıq gözləyir. İlan İlan ilində doğulanların qarşılarında gələn il maraqlı karyera imkanları açılacaq. Qısası, Qırmızı Xoruz ili sizə yeni, daha nüfuzlu iş və ya daha yüksək vəzifə vəd edir. At At ilindən olanları bir neçə parlaq şəxsi nailiyyətlər gözləyir, maliyyə vəziyyəti də yaxşılaşacaq. Amma yeniliklərlə (xüsusi ilə karyerada) rastlaşacağınız üçün soyuq başla hərəkət etməyə hazırlaşın. Qələbənin sirrini belə ifadə etmək olar: incikliklərə uymamaq, əsəbiliyin öhdəsindən gəlmək və belə vəziyyətdə insanlara şər və böhtan atmamaq. Keçi\Qoyun Keçi ili altında doğulan insanlar büdcəsinə xüsusi diqqət yetirməlidir. Qırmızı Xoruz ili sizin üçün əhəmiyyətli xərclər planlaşdırıb, onlarla yaxınlarınız və dostlarınız razılaşmaya bilər. Dostların məsləhətindən istifadə edib, etməməyiniz öz qərarınızdır, lakin bu məsələni böyüdüb mübahisəyə çevirməməyə çalışın və unutmayın ki, son qərarlarınıza görə məsuliyyət nəticədə bütünlüklə öz üzərinizə düşür. Meymun Gələn il Meymun ilindən olanlar üçün bir çox sahələrdə müsbət olacağını vəd edir. Lakin hər şeydən çox onları şəxsi həyatda baş verən dəyişikliklər sevindirəcək. Odur ki, sevməyə hazırlaşın, ancaq ağlınızı itirməyin! Xoruz Xoruz ili altında doğulanlar sözün əsl mənasında özünü ev sahibi kimi hiss edə biləcəklər: Əgər istəsəniz, onda istənilən məsələni öz xeyrinizə yönəltmək və həll etmək mümkün olacaq. Üstəlik, gələn il sizin gücünüzü artıracaq və gözlənilməz anda nüfuzlu şəxslərin himayəsinə etibar edə biləcəksiniz. Pişik/ Dovşan Bu heyvanlardan hansına daha çox daxili yaxınlıq hiss etmənizə baxmayaraq, gələn il sizə həssas olmaq, zərurət olduqda isə cəld qaçmaq bacarığı lazım olacaq. Bəzən Qırmızı Xoruz ili öz davakar xarakterini göstərir: Çağırışlara hazır ol, xüsusilə isə maddi baxımdan. Donuz\Qaban Donuz ilində doğulanların səbir və inadkarlıq kimi məziyyətləri var. Bu keyfiyyətlərə Xoruz ilində xüsusi ilə iş və maliyyə sahəsində risk edənlərə çox lazım olacaq. İt İt ilindən olanlara şəxsi məsələlərə xüsusi diqqət yetirmək lazım olacaq Söhbət həm sağlamlıq, həm də sevgi münasibətlərindən gedə bilər. Qırmızı Xoruz ilinin xoşagəlməz sürprizlər gətirməsini istənmirsinizsə, özünüzə, öz maraqlarınıza və ehtiyaclarınıza daha çox vaxt sərf etməyə çalışın.

Şərhlər