İnanclı insanlar BELƏ ALDADILIR

12.05.2017 08:36     Sosreaksiya     1352

Roma şəhərinin məşhur Trevi fontanına atılan dəmir pullardan əməlli-başlı sərvət toplanıb.

2016-cı ildə fontana atılmış qəpiklər 1,4 milyon avro dəyərində olub. Bu da fontanı dünyanın ən gəlirli turistik guşəsi edib.

İnanca görə, əgər arxanı fontana çevirib, çiyin üzərindən qəpiyi atsan, həm arzuların yerinə yetər, həm də bir daha Romaya qayıtmış olarsan. Turistlər buna inanıb-inanmasalar da qəpik atırlar, ən azından bu da bir dəbə çevrilib.

Trevi fontanı 1762-ci ildə qurulub. 2015-ci ildə fontan məşhur moda brendi olan Fendi tərəfindən 2,2 milyon avroya restavrasiya olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar