Müxtəlif peşə sahiblərinin qəribə inancları...

Müxtəlif peşə sahiblərinin qəribə inancları...
Tarix: 15.10.2017 12:01
Oxunma sayı: 571
Paylaş:

Qədim dövrlərdən nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan inanclar müasir dövrümüzdə də insanların böyük marağına səbəb olur. Kiminin ciddi, kiminin isə qeyri-ciddi yanaşmasına baxmayaraq, bir çox hallarda insanlar daxilən olsa da inanclara inanırlar.

İnanclar həyatımızın bütün sahələrində özünə yer tapıb. Bayramlarla, insan münasibətləri ilə, sevgi məsələlərində, hətta əşyalarla bağlı saysız-hesabsız inanclar var. Ancaq bunların arasında daha maraqlısı və insanların daha çox riayət etdiyi peşə sahiblərinin inanclarıdır.

Təyyarəçilər uçuşdan qabaq heç vaxt şəkil çəkdirməməlidirlər. İnanclara görə uçuşdan qabaq şəkil çəkdirən təyyarəçilər uçuş zamanı xoşagəlməz problemlərlə üzləşə bilərlər.

Musiqiçilər konsert verəcəkləri gün yataqdan sağ ayağı üstə durmalıdırlar və həmin gün yataq yığıdırılmamalıdır. İnanclarda deyilir ki, bunlara riayət olunmazsa onların çıxışları uğurlu alınmayacaq.

İnanclar dənizçilərə barmaqla səmanı göstərməyi qadağan edir. Gəmi heyətinin üzvlərindən biri bu hərəkəti edərsə deməli onları qarşıda qasırğa və fırtına gözləyəcək.

Yanğınsöndürənlərin də öz inancları var. Əgər növbədə olan yanğınsöndürənlərdən hər hansı biri növbəqabağı çəkməsini təmizləyərsə həmin növbə müddətində yanğınların sayı çox olacaq.

Gecə növbəsində çalışan həkimlər üçün də inanclar yaxşı heç nə vəd etmir. İnanclara görə əgər həkim öz nöbbəsini həmkarı ilə dəyişərsə həmin gecə növbəsi çox ağır keçəcək.

Yəqin ki, ticarətçilər inanclara daha çox riayət edirlər. Belə ki, dükan-bazarda əgər "siftə"ni ilk olaraq kişilər edirsə bi yaxşı əlamətdir, yəni həmin gün alver yaxşı gedəcək. Yox, əgər ilk müştəri qadın oldusa demək həmin gün qazancın az olacaq.

İnanclara görə istehkamçılar öz işlərinin icrasına sağollaşmadan getməlidirlər və "bu mənim sonuncu işimdir" deməməlidirlər. Cünki bunun düşər-düşməzi ola bilər.

Müəllimlər üçün də inanclar mövcuddur. Yenicə işə düzələn müəllim ilk dərsinə gecikməməlidir. Əgər belə hal baş verərsə həmin müəllimin pedoqoji karyerası uğursuz olacaq.

İnanclar sürücülərə hər addımda nəyi isə xatırladır. Maşınının salonunda fit çalmaq yaxın dəqiqələrdə yol polisinin onu saxlamağına işarədir. Avtomobili idarə edərkən pəncərədən zibil atmaq mənzil başına çatana qədər problemlə üzləşəcəyindən xəbər verir.

Evin lap yaxınlığında maşını yumaq isə onun qaçırılacağının əlaməti ola bilər. Maşının qarşısından qara pişik və ya it keçdisə inanclara görə 5-10 dəqiqə gözləyib sonra hərəkətə davam etmək lazımdır.

Tələbələr üçün də qəribə inanclar var. İmtahana gedən tələbə auditoriyay sol ayağı ilə girərsə, bileti sol əli ilə çəkərsə və imtahan zamanı qiymət kitabçasının üstündə əyləşərsə imtahandan müvəffəqiyyətlə çıxar.

Heç bir elmi əsaslara söykənməsə də inancları arabir sınaqdan keçirmək olar. Axı bu dünyanın şübhələr altında qalan bəlkələri çoxdur...

Reaksiya.az

Şərhlər