İblisin hakim olduğu bazar

29.01.2018 12:53     Sosreaksiya     1722

İmam Baqir (ə) buyurur: "Yer üzündə ən pis məkan - bazarlardır. (Çünki) bazar - şeytanın meydanıdır. Səhərin əvvəlində bayrağını orada nəsb edər və taxtını qurar. Uşaqlarını hər tərəfə yayar. Tərəzidə az satan insana tərəf və ya tərəzisini yüngül edənə tərəf, ya o kəsə tərəf ki, uzunluğu ölçməkdə oğurluq edir, ya o kəsə tərəf ki, malını satmaq üçün yalan deyir. O, (şeytan) övladlarına deyər: "Atası (Həzrət Adəm) ölmüş insanları aldadın, o halda ki, sizin atanız (İblis) hələ sağdır".

İblis bazara gələn ilk insanla daxil olar və bazarı tərk edən son insanla geri qayıdar".

Reaksiya.az deyerler.org-a istinadən bildirir ki, əlbəttə, İmamın (ə) bu buyuruşları halala riayət olunmayan bazarlara aiddir.
 
Həzrət Peyğəmbər (s) bazar haqqında buyurur: "Bazar - xəbərsizlik və qəflət sarayıdır. Hər kim bazarda bir təsbih deyər, Allah onun üçün min-min savab yazar". (Beytutə)
 
Bazar özü-özlüyündə pis məkan deyildir. İnsanların əməl və rəftarları onu pis yerə çevirmişdir.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar