Yüz illər öncənin dəhşətli falları

01.02.2018 20:14     Sosreaksiya     1893

İnsan ən qədim zamanlardan bəri gələcəyini görməyə can atıb. Qədim Misirdə, Romada, yunan torpaqlarında aşkarlanmış arxeoloji qazıntılar bunun bariz nümunəsidir. Hətta günümüzə çatan müqəddəs kitabların hamısından öncəgörməyə aid rəvayətlər var.

Gələcəyini öncədən görməyə can atan qədim xalqlar arasında slavyanlar da var. Slavyanların inanclarına görə, ilin müəyyən günlərində gözəgörünməz qüvvələrlə kontakta girən kəslər nəinki gələcək talelərini öncədən görə bilər, eyni zamanda, uzun ömür yaşayardılar. İstənilən dövr üçün xarakterik olan öncəgörmənin əsas məqsədi isə gənc qızların nə vaxt və kiminlə ailə quracaqlarını öyrənmək istəkləri olub. Uzun, zülmət, sazaqlı gecələrdə slavyan qadınları da gözəgörünməz, bəzən də şər qüvvələrin köməyi ilə öz qismətlərini çağırıblar.

Святочные гуляния. Автор: Константин Коровин

Kilsələr bu ayinləri günah adlandırıb, qadağa qoymağa çalışsalar da, qarşısını almaq mümkün olmurdu. Bu gizli rituallar falçıların gümanına görə, müqəddəs və uğurlu gecələrdə gerçəkləşirdi. Gənc xanımlarımızın bu marağı çağdaş dövrümüzdə də var. Qızlar istər kart üsulu, istər qəhvə falı, istərsə də, müqəddəs kitabların və ya gözəgörünməz qüvvələrin köməyilə gələcək qismətlərini görməyə can atırlar. Lakin mənbələrə baxsaq, qədim rus torpaqlarında bu ayin daha vahiməli şəkildə həyata keçirilirdi. Hər gənc qız buna cəsarət edə bilmirdi. Dekabrın son həftəsindən yanvarın 19-dək olan günləri rus falçılar “işıqlı günlər” adlandırırdılar. Çünki həmin günlər Günəşin mövludu sayılırdı.

Bu günlər nəinki torpağın məhsuldarlığının, eləcə də insan talelərinin məhsuldar dövrü sayılırdı. Həmin dövrdə bəxtini açdıran qadınlar mütləq il ərzində ailə qururdular. Bu günlər iki mərhələyə bölünürdü.Yanvarın 7-13 müqəddəs gecələr, 14-19-u isə qorxulu gecələr adlandırılırdı. Müqəddəs gecələrdə gerçəkləşən ayinlərdə nəticə görməyən xanımlar, qorxulu zülmətləri gözləyirdilər.

Ю.Сергеев. У гадалки. Святки.

Qorxulu gecələrdə inanclara əsasən cinlər və ruhlar da bu prosesə qoşulurdular. Həmin gecə gözəgörünməz qüvvələr falçıları özlərilə birgə o dünyaya da apara bilərdilər. Odur ki, ayinlər ölümlə də nəticələnirdi.
Bu rituallar adətən yol ayrıclarında, hamamlarda və digər məkanlarda baş tuturdu. Ancaq cəsarətli, qorxmaz xanımlar iştirak edirdilər. Özlərilə birgə mütləq qayçı, bıçaq və digər kəsici alətlər götürürdülər. Bu bədbin ruhlardan qorunmaq üçün əlverişli vasitə sayılırdı.

Ayinin lideri yaşlı və təcrübəli falçı qadınlar olurdu. Mərasim həmin qadının bu sözlərilə başayardı: “Mələklər, yerə enin. Şeytanlar yerə enin. Kiçik və böyük cinlər, siz də yerə enin. Deyin görək, bu il bizi nə gözləyir?” – və sıra ilə gənc xanımların adlarını çəkərdi. Təcrübəli liderlər həmçinin qızların bədəninə cin girərsə, onu qovmağa xidmət edirdilər.

 Святочные гуляния. Автор: Трутовский.

Bir də həmin dövrdə “dinləmə” falı geniş vüsət almışdı. Bayram ərəfəsində rus kəndlərində qızlar gecələr küçə boyu gəzər, səslərə qulaq verərdilər. Zınqırov, qəhqəhə eşitsəydilər, il ərzində bəxtləri açıla bilərdi. Bir də itin hürməyinə önəm verərdilər. Səsin yayıldığı səmt, gələcək qismətinin də o kənddən olacağına işarə idi. Ən pis əlamət isə çəkic və balta səsini eşitmək idi. Bu nəinki qismətin qaçdığına, hətta ömür yolunun yarıda kəsiləcəyinə işarə idi. Buna bənzər ayin artıq uzun əsrlərdir ki, Novruzun son çərşənbəsində də keçirilir. Gənc qızlar qulaq falına çıxır, eşitdikləri sözləri yozub, ilin uğurlu keçib, keçməyəcəyinə qərar verirlər.

Hər şeydən ümidi üzülən qızlar bu gecələrdə hamama üz tutub, zülmətdə tək çimirdilər. Bu müddətdə onlara bir qüvvə toxunardısa, il ərzində qismətlərini tapmağa hələ də ümid var demək idi. Toxunuş zərif və incə olardısa, gənc qızın gələcək əri kasıb, kobud olan təqdirdə isə varlı oğlana ərə gecəyinə işarə idi.

Ю.Сергеев. Ночное гадание. Святки.

Bəzən qızlar gecə vaxtı əllərində xoruz güzgü falına da baxardılar. Bir müddət aynaya baxandan sonra, gözlərinə cin görünüb, gələcək taleləri haqda məlumat verərdi. Güzgüdəki əkslərindən qorxanda isə qızlar xoruzu sıxıb, qışqırdırdılar ki, cini qovsun. Bu kimi vahiməli ayinlərdən sonra huşunu itirib, yıxılan, hətta qorxudan dili tutulan gənc qızlar olurdu. Bütün bu qurbanların isə sadəcə bir məqsədi vardı - ərə getmək!(publika)

Reaksiya.az

Şərhlər