BƏD NƏZƏRDƏN qurtulmağın yolları

BƏD NƏZƏRDƏN qurtulmağın yolları
Tarix: 26.04.2018 13:25
Oxunma sayı: 860
Paylaş:

Yəqin ki, hər birimiz ömrümüzdə 1 dəfə də olsa və müəyyən insanlarla ünsiyyətdən sonra daxili boşluq, aşırı yorğunluq və enerjimizin tükəndiyini hiss etmişik. Bunun çox vaxt bir səbəbi olur - bəd nəzər.

Çox vaxt bəd nəzərin kökündə insana qarşı paxıllıq və nifrət hisləri olur. Bəd nəzərin əsas səbəblərini və ev şəraitində pis gözdən qurtulmağın üsullarını təqdim edirik.

Ailədə səbəbsiz xəstəliklər

Gözdəymənin əsas əlamətləri doğmalarımızın, xüsusən də körpə uşaqların birdən-birə səbəbsiz xəstələnməsi ola bilər. Bu o deməkdir ki, evinizə daha çox kimin gəlib, getdiyini gözdən keçirməyin zamanıdır.

Ailənizi bəd nəzərdən qorumaq üçün 1 stəkan suya 3 çimdik duz tökün. Sonra nəfəsinizi stəkana yaxınlaşdırıb 3 dəfə şübhələndiyiniz şəxsin adını təkrarlayın. Sonda isə suyu mətbəx çanağına tökün və ya çarpayınız olan otağa dibçəkdə kaktus qoyun. Dibçəyin yanında 9 gün ərzində üzərində adınız yazılmış bişməmiş yumurta saxlayın. Vaxt tamam olanda yumurtanı sındırıb, kanalizasiyaya tökün, üzərindən təmiz su axıdaraq bu sözləri deyin: “Yumurtanı töküb, üzərimdəki çirki təmizləyirəm”. Bundan sonra kaktusa su verin.

Biznesin iflası

Əgər uğurlu biznesinizdə birdən-birə problem yaranmağa başlayırsa, bu da bəd nəzərə işarədir. İş yerinizdəki bəd nəzəri təmizləmək üçün, bütov limonu təmiz su doldurulmuş stəkana qoyun. Stəkanı gözlə görüləcək yerdə saxlayın. Hərgün suyu yeniləyin, həftənin şənbə günləri isə, limonu dəyişin. İşləriniz tam axarına düşənədək bu prosesi davam etdirin.

Evdə itən və sınan əşyalar

Pis göz evinizdəki əşyaların durmadan itməsinə və qırılmasına da səbəb ola bilər. Bunun qarşısını almaq üçün, geniş şüşə vazın içərisinə rəngbərəng daşlar qoyub, otağın mərkəzində saxlayın.

Hamilə qadınlar

Bəd nəzərə ən çox məruz qalan insanlar hamilə qadınlardır. Onları nəzərə gətirmək çox. Bəd nəzərdən qorunmaq istəyən hamilə xanımlar kütlə içərisində az görünməli və geyimlərinin üzərində gözmuncuğu gəzdirməlidirlər.

Münasibətlərdə gərginlik, uşaqların təhsilində gerilik

Ər və arvad arasında gərginliyin səbəbi kimi də çox vaxt bəd nəzər əsas gətirilir. Bu zaman övladlarının təhsilindəki uğursuzluq valideynləri təngə gətirir. Evinizdə bu hallar yaşanırsa, böyük balıqqulağını otağın mərkəzində bir yerə qoyun. Bu zaman limonlu su üsulunu da tətbiq etmək olar.

Özünüzü və doğmalarınızı bəd nəzərdən qorumaq üçün insanlarla daha ehtiyatlı ünsiyyətə üstünlük verin. Müvəffəqiyyətləriniz və uğursuzluqlarınızdan bəhs edən zaman ikiqat diqqətli davranın.

Reaksiya.az

Şərhlər