Azərbaycanlı alim: "Təbii fəlakətlər Allahın qadınları qısqanmasına görədir" - Şok iddia!

08.06.2015 14:40     Sosreaksiya     6802

"Əgər kişi qısqancdırsa, Allah daha çox qısqancdır"

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov "Dünyadakı zəlzələlərin və kataklizmaların səbəbi cins şalvar geyinən qadınlardır" deyən "Taliban" ideoloqu Fəzlur Rəhmanın fikirlərini dəstəkləyib.

Bu barədə Reaksiya.Az-a danışan azərbaycanlı ilahiyyatçı bildirib ki, dünyadakı təbi fəlakətlər və kataklizmalara qadınların açıq-saçıq geyinməsi, şəriət qaydalarına əməl etməməsi, yüngül həyat tərzi səbəb olur.

"Qadınlar daha çox açıq-saçıq geyinir, kişilər onlara baxır, pozğunluq, fahişəlik artır. Bu, da dünyada fəlakətlərin artmasına səbəb olur. Əgər kişi qısqancdırsa, Allah daha çox qısqancdır. Allah-Təala açıq-saçıq geyinən qadınları qısqanır. qısqancdır. Yəni, Peyğəmbərimiz buyurub ki, mən sizdən qısqancam, ancaq Allah təala məndən də qısqancdır. Yəni Allahın qısqanması da Allahın əmrinə riayət etməyən, örtünməyən qadınlara bu dünyada başına bir bəla gəlməsidir. Yaxud da ümumi olsa ümumi bir fəlakət gəlmsi bu nöqteyi nəzərdən olur. Ona görə də insan günahlardan çəkinməlidir. Allaha qarşı gəlməkdən çəkinməlidir. Bütün təbii fəlakətlər də məhz buna görə baş verir".

Rüfət 

Reaksiya.Az

Şərhlər