"Facebook"un sahibi ata oldu və...

02.12.2015 06:18     Maraqlı     2231

"Facebook" sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq ata olub. Reaksiya.az xəbər verir ki, bu barədə Mark öz səhifəsində məlumat verib. Qız atası olan Mark ona Maksima adını verib və bütün dünyanın diqqətini cəlb edən bir addım atıb. Belə ki, o, sərvətinin 99 faizini ehtiyacı olanların təhsil və səhiyyə xərclərinə ayırmağa qərar verib. Hazırda sərvəti 45 milyard dollar olan Mark sonda " Bilirik ki, bu gün dünyadakı problemləri həll etmək üçün bu pul azdır. Amma hamımız birləşsək, problemlərin öhdəsindən gələ bilərik" deyə qeyd edib.

Şərhlər

Çox oxunanlar