2015-ci ilin ən yaxşı fotoları seçildi

03.12.2015 11:05     Maraqlı     2572

"Reuters" agentliyi 2015-ci ilin ən yaxşı fotolarını seçib.
 
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu ilin fotoları arasında miqrant probleminə böyük yer ayrılıb. Belə ki, Avropaya daha yaxşı həyat dalınca gedən miqrantların bu uzun və ağır yolda başlarına gələn hadisələri əks etdirən onlarla foto bu siyahıya daxil olub. 

Ümumiyyətlə siyahıda kədərli anlarla yanaşı, xoş hadisələrin də əks edildiyi fotolar var. Orada təbiət hadisələri, şahzadənin sevinci, idman aləmindən ən yaxşı görüntülər yer alıb. 

Bu siyahıda qonşu dövlət olan Türkiyə və Rusiyada da çəkilən fotolar yer alıb. Bunlar Ankara terrorunun rəmzi olan yaşlı kişinin yaralı qızı qucaqlaması və müxalifətçi Boris Nemtsovun qətli ilə bağlı olanlardır. 

İlin ən gözəl fotolarından bəzilərini oxuculara təqdim edirik: 


Britaniyalı aktyor İsveçrədə keçirilən mətbuat konfransı zamanı adı rüşvət qalmaqalında halanan FİFA prezidenti Jozef Blatterin başına pul atıb. 


Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Barak Obama - Almaniya 8 iyul


Böyük Britaniya kraliçası II Yelizavettanın nəticəsi Corc yeni doğulan bacısını izləyir


Rusiya prezidenti Vladimir Putin sualtı qayıqda


Noyabrın 13-də Fransanın paytaxtı Parisdə baş verən terror aktı zamanı


Rusiyada müxalifətçi Boris Nemtsovun qətlindən sonra ilk foto


Dünya şöhrətli Madonna konsertində geyiminin qurbanı olaraq səhnədə yıxılıb






Daha yaxşı həyat üçün Avropaya üz tutan miqrantların yolda qarşılaşdığı çətinliklər


Çilidə vulkandan yayılan kül və tüstü


Ankara terrorunun rəmzi olan yaşlı kişi 


Katmanduda aprel ayında baş verən zəlzələ


Kanadanın yeni seçilən baş naziri Castin Tryuda və həyata yoldaşı


Yay aylarında baş verən güclü daşqından sonra Tiflis küçələrində gəzən begemot


Suriyalı miqrantların qaçışı

Sentyabrda müşahaidə edilən "super" ay


ABŞ prezidenti Barak Obama və Roma papası - Amerika


Belçikada fermerlər tərəfindən yumurta atəşinə məruz qalan polislər

Şərhlər