Bakı metrosunda ilk - VİDEO

04.12.2015 15:18     Maraqlı     2389

Bu gün Bakı metrosunda daha bir ilk yaşanıb.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, metronun “28 May” stansiyasında sərnişinlər canlı musiqi ilə qarşılanıb.

“Qafqazinfo” məsələ ilə əlaqədar olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayevlə əlaqə saxlayıb. O bildirib ki, Bəstəkar Üzeyir Hacıbəyovun yubileyi ilə  əlaqədar olaraq belə bir təşəbbüs irəli sürülüb. Bu ayın sonuna kimi “28 May” və “İçərişəhər” metro stansiyalarında konservatoriya tələbələri günün müxtəlif saatlarında canlı musiqi proqramı ilə çıxış edəcək. Musiqi proqramına Azərbaycan bəstəkarlarının mahnıları və milli musiqilər daxil edilib.

Bu addım metro istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Şərhlər