Putin nazirə qeyri-adi hədiyyə verdi

09.12.2015 10:53     Maraqlı     2251

Rusiya prezidenti Vladimir Putin İdman naziri Vitali Mutkonun ad günündə ona gözlənilməz bir hədiyyə verib.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu hədiyyə ingilis dili kitabıdır. Amma kitabın özəlliyi ondan ibarətdir ki, nazir heç kimin köməyi olmadan özü bu kitab vasitəsilə ingilis dilini mükəmməl öyrənə bilər.

Vladimir Putinin bu addımı atmaqda məqsədi idman nazirinin mətbuat konfransında ingilis dilində danışığı ilə hamının diqqətini cəlb etməsi olub. 

"Bir halda ki, Vitali Mutko yalnız bizim futbolumuza başçılıq etmir, həm də beynəlxalq xətt üzrə işlər həyata keçirir, onda, onun ingilis dili bilməsi vacibdir. Bunun üçün mən ona ingilis dilində danışıq kitabı hədiyyə etmək istəyirəm və ümid edirəm ki, bu kitab nazirimizin ingilis dilinə mükəmməl yiyələnməsinə kömək edəcək", - deyə Rusiya lideri bildirib.

Rusiyanın İdman naziri Vitali Mutkonun dekabrın 8-də 57 yaşı olub. Həmin gün axşam o, idmanın inkişafı ilə bağlı "Rusiya-2018" prezident şurasının təşkilat komitəsinin iclasında iştirak edib. Ad günü hədiyyəsi də prezident tərəfdən nazirə orada təqdim olunub. 


 

Şərhlər