2015-ci ilin ən varlıları - SİYAHI

11.12.2015 12:23     Maraqlı     2434

"Forbes" 2015-ci ilin ən varlı adamlarının siyahısını açıqlayıb. ABŞ da nəşr edilən jurnalın reytinq siyahısına onlayn pərakəndə satış şirkəti olan "Amazon"-un baş direktoru Ceff Bezos başçılıq edir. 

ANS PRESS-in məlumatına görə, o, bu il ərzində digər namizədlərə nisbətən 29.5 milyard dollar artıq qazanaraq, öz büdcəsini 58.4 milyard dollara çatdırıb. 

2015-ci il üçün ən müvəffəqiyyətli biznesmenlərin reytinqində ikinci yerdə "Facebook" rəhbəri Mark Zukerberq gəlir. Onun bu ilki gəliri 11 milyard dollar həcmində olub. Bir müddət öncə qız atası olan Markın üÜmumi sərvətinin həcmi isə 45.6 milyard dollar hesablanır. 

"Google"-un yeni yaranmış şirkəti - "Alphabet"-in baş direktoru Larri Peys jurnalın ən varlılar siyahının üçüncü pilləsində q ərar tutub. Onun illik gəliri 9.2 milyard dollar artaraq, 38.4 milyard dollar həcminə çatıb.

Nyu-Yorkun sabiq meri, "Blumberq"in sahibi - Maykl Blumberq 40.5 milyard dollarla (5.5 milyard dollar artımla) 4 cü, Karlos Slimi isə 55.6 milyard dollarla (14.2 milyard dollar azalaraq) 5-ci yerdədir. 

Şərhlər