Bakı Metropoliteni Yeni il sürprizi hazırlayır

15.12.2015 11:13     Maraqlı     2221

Bakı Metropolitenində sərnişinlərə bayram abu-havası yaaştmaq üçün Yeni il sürprizi hazırlanır.

Reaksiya.az xəbər verir ki, bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O bildirib ki, sərnişinlərin metroda Yeni il bayramının personajları olan Şaxta baba və Qar qızla rastlaşa biləcəklər. 

Qurum rəsmisi qeyd edib ki, bayram ərəfəsində sərnişinlər metroda xoş sürprizlərlə qarşılaşacaqlar.

Şərhlər

Çox oxunanlar