"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı

16.12.2015 15:16     Maraqlı     2269

Böyük Britaniyanın mərhum baş naziri Marqaret Tetçerin şəxsi əşyaları 5 milyon dollara satılacaq.

ANS PRESS-in məlumatına görə, Londonda Christie's hərracında baş tutan satış zamanı onun şəxsi əşyaları ümumilikdə 5 mln. dollara satılıb. 

Əşyaların arasında ən qiymətlisi keçmiş ABŞ prezidenti Ronald Reyqanın Marqaret Tetçerə hədiyyə etdiyi qartal heykəli hesab olunur.

Bu heykəlin hərracda 12 min dollara satılacağı düşünüldüyü halda o, 400 min dollara satılıb.



Hərrac zamanı ümumilikdə 350 əşya satışa çıxarılıbki, onların 200-ü elektron hərrac vasitəsi satılıb.

Bu ilin isə əvvəlində Böyük Britaniyada Marqaret Tetçerin SSRİ lideri ilə 1985-ci ildə başlayan dostluq əlaqələrini özündə göstərən gizli əl yazmalar hərraca çıxarılıb.
 

Şərhlər